Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ona qarğış edirəm, satqındır” – Kəmalədən Ruhəngizə

“10 il əvvəl Ruhəngiz dedi ki, gəl qalmaqal yaradaq. Cavab verdim ki, mən təhsilli müğənniyəm, belə şeylərə gedən adam deyiləm. Sənətə qalmaqalla gəlməmişəm. Üstündən keçdi. Ruhəngizlə söhbət etdik, onu da gedib aparıcıya deyib. Aparıcı da mənim üstümə hücum çəkdi. Aramızda olan söhbəti niyə ona-buna danışırsan?”.

Bu sözləri Əməkdar artist Kəmalə Rəhimli qalmaqal yaşadığı həmkarı Ruhəngiz Musəvinin ünvanına deyib. Xanəndə müğənninin onunla bağlı dediklərinə cavab verib:

“Ruhəngizə dedim ki, niyə gedib sözü orada-burada danışırsan? Qayıtdı ki, mən deməmişəm. Mən də dedim ki, canım mənim üçün qiymətlidir. Əgər bu söhbəti gedib danışmısansa, Allah bilsin. Dilini sakit qoysun, telekanallarda ağlamasın. Qarğış etmişəm, edirəm, edəcəyəm də. Onu qarğışlayıram, satqındır”.

Qeyd edək ki, R.Musəvi K.Rəhimlinin ona qarğış etdiyini deyərək, ağlayıb.

admin

Related Posts