Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Samir Bağırov sevgi münasibətlərindən danışdı – “O kişi də ola bilər, qadın da”

“Siz nə zamansa həmcinsinizlə sevgi münasibətlərində olmusunuz?”.

Bu sualı Əməkdar artist Samir Bağırov jurnalist Həmid Həmidova verdiyi müsahibədə belə cavablandırıb:

“Mən heç nəyi gizlətmirəm. Lakin belə münasibətlər barədə danışmağı, bunları gün üzünə çıxarmağı da doğru hesab eləmirəm. Yaşa dolduqca əmin oluram ki, insanın zahiri deyil, məzmunu, ruhu önəmlidir. Ruhun isə cinsi yoxdur. Mən ruha aşiq oluram”,- deyə o qeyd edib.

“Ola bilər ki yaxın gələcəkdə aşiq olum. Bu bizdən asılı deyil və bunu tənzimləyə bilmirik. Aşiq olsam o adamın daxili aləminə, ruhuna aşiq olacam. Onun daxili dünyası qadın yoxsa kişi olacaq, bunu deyə bilmərəm. O həm qadın, həm də kişi ola bilər”,- deyə ekstravaqant müğənni bildirib.

Sosial şəbəkələrdə izləyicilərin böyük əskəriyyəti bu cavaba “Samir çox mədəni insandır” şəklində şərhlər yazıblar.

admin

Related Posts