Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Əvvəllər bu sudan çay qoyulurdu, indi əl yumağa iyrənirik” – Video

“Əvvəllər bu sudan çay qoyulurdu, indi əl yumağa iyrənirik” – Video

Bakının Xəzər rayonu, Binə qəsəbəsində su kanalı antisanitar vəziyyətdədir.

Mehriban Qonşular küçəsindən keçən kanalın içərisi məişət tullantıları ilə doludur.

Ətraf xarabalığı xatırladır, üfunət baş çatladır.

Sakinlərin sözlərinə görə, əvvəllər kanalın suyundan yaxınlıqdakı bağların suvarılmasında istifadə olunub.

Bir neçə ay bundan əvvələdək ətrafda zibil konteynerləri olub. Sonradan onların yoxa çıxması vəziyyəti çətinləşdirib.

Evləri kanalın lap yaxınlığında olanlar daha çox əziyyət çəkirlər.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, suallara cavab verilmədi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Editor

Related Posts