Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ayan bu hərəkətinə görə cərimələndi

Müğənni Ayan Babakişiyeva yol hərəkəti qaydasını pozduğuna görə cərimələnib.

Belə ki, müğənni nəqliyyat vasitəsini idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etməyib.

Dərc edilmiş videogörüntü ilə bağlı yol polisi araşdırma aparıb və məlum olub ki, müğənni qayda pozuntusunu 90-GK-333 qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobillə törədib. Bu səbəbdən Ayan Babakişiyeva İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 40 manat məbləğində cərimələnib.

admin

Related Posts