Today Çərşənbə axşamı, 22nd Aprel 2025
Birinci 24

Birinci 24

Bakıda ət niyə bahalaşıb?

Bakıda ət niyə bahalaşıb?

Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

Bu barədə Yenisabah.az məlumat yayıb.

Bildirilib ki, satıcılar ətin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər. 

Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb.

Satıcılar deyiblər ki, ətin bahalaşmasının digər səbəbi isə son 3 gündə rayondan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.

Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq.

Editor

Related Posts