Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Özünü polis şöbəsinin qabağında yandıran oğlan öldü

Özünü polis şöbəsinin qabağında yandıran oğlan öldü

Salyanda 21 yaşlı oğlanın rayon Polis Şöbəsinin önündə özünü yandırması barədə xəbər vermişdik.

Özünü yandıraraq intiahra cəhd edən Məhərrəmov Pərvin Rasim oğlu müalicə üçün Bakıdakı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq o, bu gün həmin xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, P. Məhərrəmov bacısının narkotik aludəçilərinə qoşularaq evdən getdiyi üçün özünü yandırıb.

Hazırda araşdırma aparılır.

Editor

Related Posts