Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elnarə Abdullayeva: “Deyirdilər ki, kordur, mərsiyə oxuyur”

Müğənni Manaf Ağayev həmkarı Əməkdar artist Elnarə Abadullayeva ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib.

Sənətçi qonaq olduğu “Günün sədası” verilişində bildirib ki, illər əvvəl xanəndənin mahnılarını dinlədikdə onun kor olduğunu zənn edib.

“Elnarənin “Ya Həzrət Abbas” adlı mahnısı çıxmışdı. Deyirdilər ki, Elnarə kordur. Bu da ondan irəli gəlirdi ki, oxuduğu mahnı vahiməli və möcüzəli idi”, – deyə Manaf vurğulayıb.

Manafın bu etirafına E.Abdullayeva qarşılıq verərək, sözügedən ifası ilə bağlı bu fikirləri səsləndirib:

“Mahnı oxuyanda hər zaman gözümü yumduğumdan məni kor zənn ediblər. Deyirdilər ki, bu mahnını ifa edən kordur. Asəf Zeynallı adına musiqi kollecini bitirdikdən sonra 1995-ci ildə Azərbaycan Televiziyasında yayımlanan “səhər və “axşam” musiqili verilişlərində çıxış edirdim. Söyləyirdilər ki, Elnarə mərsiyə oxuyur”.

admin

Related Posts