Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sona Babayeva ։“Şəfiqə Məmmədova məndən aldığı borcu hələ də qaytarmayıb…”

“Şəfiqə Məmmədova ilə universitetdə eyni illərdə oxumuşuq. Onun mənə yaxşılığı yox, ancaq pisliyi dəyib. Şəfiqə mənə qarşı çox naxələf çıxdı. Dağıstana gedirdi, pulu yox idi. Məndən borca pul aldı. Hələ də pulumu gətirib qaytarmayıb. Heç telefonlarıma da cavab vermir, danışmır da. Bir dəfə dedim ki, hanı mənim pulum?! Dedi ki, eee! Pulun miqdarı təxminən 1200 manat olardı” .

Bu barədə aktrisa Sona Babayeva deyib. Aktrisa deyir ki, yaranmış probleminə görə ona ağız açanda rədd cavabı alıb.

“Bir dəfə ev məsələsində problemim yaranmışdı. Oğlumla, nəvəmlə küçədə qalmışdım. Bilmirdim ki, dərdimi kimə deyim! Şəfiqə də o vaxt Milli Məclisinin deputatı idi. Xahiş etdim ki, mənə kömək et. Dedi ki, mən heç nə bacarmıram. Bu gün məni görəndə düz gedir, elə bil ki, heç tanımır. Evi teatrımızın yanındadır, bəzən görürəm, məndən qaçır. Şəfiqəyə demək istəyirəm ki, 5 günlük dünyadır, çalış yaxşılıq et, yaxşılıqdan başqa heç nə etmə! Rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqından bir dəfə də olsun zəng edib, maraqlanmayıb. Halbuki vaxtında ona çox yaxşılıqlar etmişəm”, – deyə aktrisa bildirib.

admin

Related Posts