Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu məşhur Azərbaycan filmi yenidən çəkilir

Bu məşhur Azərbaycan filmi yenidən çəkilir

Cümşüd Əmirovun eyniadlı romanı əsasında “Qara volqa” filmi yenidən çəkilir.

Bu barədə ekran işində rol alan aktyorlar sosial mediada məlumat paylaşıb. Hələlik layihə barədə ətraflı məlumat verilmir. Sadəcə qeyd olunub ki, tezliklə mediaya ətraflı məlumat veriləcək.

Rollarda model-aktyor Rüstəm Cəbrayılov, Səmimi Fərhad, Əlibəy Məmmədli, Ziya Ağa, Elvin Əhməd, Yasin Həzirə və başqaları çəkilir. Filmin çəkilişləri hazırda davam edir. Rüstəm Cəbrayılov isə ekran işi üçün obrazını dəyişərək bığ saxlayıb.

Xatırladaq ki, Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biri olan “Qara Volqa” romanı 1966-cı ildə işıq üzü görüb. Əsər sonralar böyük tirajla yenidən çap edilib. 1994-cü ildə isə əsərin motivləri əsasında eyniadlı tammetrajlı bədii film çəkilib.

Editor

Related Posts