Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Bu il Azərbaycanı “Avroviziya”da kimlər təmsil edəcək?

Bu il Azərbaycanı “Avroviziya”da kimlər təmsil edəcək?

Bu il “Avroviziya”da bizi “Mamagama” qrupunun təmsil edəcəyi iddia olunub.

Sözügedən artistlərin artıq daxili seçim turlarında keçdiyi və qalib seçildikləri qeyd olunur.

Bildirək ki, ötən il ölkəmizi Albaniyada keçirilən “Kenga Magjike” festivalında “Dreamer” mahnısı ilə qalib olan qrupun iki üzvü var.

Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov da ötən ilin noyabrında namizəd kimi “Mamagama” qrupunu gördüyünü bildirmişdi.

Həmçinin, pop artist, daxili seçim turlarında iştirak edən Rauf Kingsley də sözügedən qrupun yarışmada Azərbaycanı təmsil edəcəyini qeyd edib.

Editor

Related Posts