Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ordubad rayonunun Ağdərə qəsəbəsində qar örtüyünün hündürlüyü 9 santimetr olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 1-nə olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Xidmətdən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 9, Qaxda 7, Naxçıvan, Şahbuz, Lerikdə 1 santimetr olub.

Düşən yağıntının miqdarı Biləsuvarda 6, Lənkəranda 5, Göytəpə, Astarada 4, Ağdərə, Cəfərxanda 3, Ordubad, Tərtər, Sabirabad, Salyan, Hacıqabul, Culfada 2, Şahbuz, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qax, Şamaxı, Qobustan, Lerik, Kürdəmir, Zərdab, Şirvan, Göyçay, Yevlax, Mingəçevir, Bərdədə, o cümlədən Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında 1 millimetrədək 1 millimetrədək olub.

Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Şamaxı, Qobustan, Quba, Xaltan, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Cəfərxan, Salyan, Biləsuvar, Hacıqabul, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu yanvarın 31-də Bakıda temperatur iqlim normasından 3.1° yuxarı olub. Belə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-11°, Naxçıvan Muxtar Respublikasında 2-6° isti, dağlıq rayonlarda 1° şaxtadan 3°-dək isti, aran rayonlarında 5-9° isti təşkil edib.

admin

Related Posts