
Bir müddətdir mediada Naxçıvanın keçmiş Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs olunduğu qeyd edilib.
Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır.