Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

DSX-də Türkiyə-Naxçıvan sərhədinin açılması ilə bağlı məlumat yoxdur – Yenilənib

DSX-də Türkiyə-Naxçıvan sərhədinin açılması ilə bağlı məlumat yoxdur – Yenilənib

Mətbuatda Naxçıvan-Türkiyə sərhədinin açılmasına dair xəbərlər yayılıb. Bildirilir ki, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.

Məlumatı dəqiqləşdirmək üçün Dövlət Sərhəd Xidməti ilə əlaqə saxladıq.

Qurumun sözçüsü Aftandil Abbasov bildirdi ki, məsələ ilə bağlı onlarda məlumat yoxdur.

A. Abbasov Türkiyə-Naxçıvan sərhədinin açılıb-açılmaması ilə bağlı məlumatın dəqiqləşdirilməsi üçün rəsmi sorğu göndərməli olduğumuzu bildirdi.

Aidiyyəti üzrə quruma rəsmi sorğu ünvanladıq.

Qeyd edək ki, Azərbaycan Respublikası sərhədlərinə nəzarət Dövlət Sərhəd Xidmətinin nəzarətindədir.

***15:44
Türkiyə-Naxçıvan sərhədi açılıb.

Bildirilib ki, bu gündən etibarən “Dilucu” buraxılış məntəqəsi açılıb.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu faktı təsdiqləyib.

Konsulluğun nümayəndəsi Dursun Gül bildirib ki, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.

Qeyd edək ki, 1 iyul 2022-ci il tarixindən Dövlət Sərhəd Xidməti (DSX) Nazirlər Kabinetinin 2022-ci il iyunun 20-dəki 232 saylı qərarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədini bağlamışdı.

Editor

Related Posts