
İranın Ərak, Xəndab və Kəmican şəhərlərinin ölkə parlamentindəki təmsilçisi və parlamentin daxili işlər və şuralar komissiyasının sədr müavini Məhəmməd Həsən Asəfəri tvitində yazıb: “Tarix İran və Azərbaycan xalqlarının bir-birinə olan istəyinə şahiddir və Bakı İranın xələf (layiqli) övladıdır”.
Deputat iddia edib: “İlham Əliyev İŞİD və sionistlərin birgə təxribat planları ilə bağlı ehtiyatlı olsun”.
“Biz Azərbaycan xalqı ilə eyni cəbhədəyik, bir nəfərin şəxsi zəmində yaratdığı problem terror hadisəsi deyil. Elə danışmayın ki, sonradan xəcalət çəkəsiniz”,-deyə o, cəfəng fikirlər irəli sürüb.