Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tehranın Azadlıq meydanında rəqs edən bloger cütlüyə 21 il həbs cəzası verildi

Astiaj Həqiqi və Əmir Məhəmməd Əhmədi Tehranın Azadi meydanında rəqs etdiklərinə dair video paylaşdıqlarına görə hər biri 10 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Hər iki bloger ötən il noyabrın 1-də mülki geyimli polislər tərəfindən şəxsi evlərində döyülərək həbs edilib və ETTELAAT (Təhlükəsizlik) Nazirliyinin təcridxanasına aparılıb.

Məlumatlara görə, onların ailəsi həbs olunduqdan bəri təhlükəsizlik orqanlarının təzyiqi altında susmağa məcbur olub.

Gənc cütlüyün məhkəmədə “pozğunluğa və fahişəliyə təşviq etmək, milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə mühakimə olunublar.

Məhkəmə həbslə yanaşı, onların sosial mediadan istifadəsinə də 2 il qadağa, habelə ölkədən çıxışlarına iki il qadağa qoyub.

Məlumata görə, gənc qız məhkəmədə qəddarlığı ilə tanınan hakim Salavati tərəfindən hədələnib və alçaldılıb.

admin

Related Posts