Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranda gizlənən terrorçu “Hüseyniyun” qruplaşmasının üzvü Azərbaycana və onun Prezidentinə qarşı böhtan dolu açıqlamalar verib

Daim Azərbaycan əleyhinə qərəzli yazılar dərc edən Tehranın “Əllamə Təbatəbayi” Universitetinin analitik saytı İranda gizlənərək Azərbaycana qarşı pozucu fəaliyyət göstərən “Hüseynçilər Hərəkatı” terror təşkilatının media direktoru Orxan Məmmədovdan Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı müsahibə alıb.

Saytı yazır ki, Orxan Məmmədov Azərbaycanda İranı “əsassız ittiham edənlərə” səslənərək iddia edib: “Yadınıza salın ki, hətta Bakıdan idarə olunan terrorçuların törətdiyi Şirazdakı Şahçıraq ziyarətgahına edilən hücum faciəsində də İran yenə də Azərbaycanı ittiham etmədi. Bəs siz heç bir dəlil və sübut olmadan, hətta ağlabatan və məntiqi təhlil olmadan İranı necə suçlayırsınız?”.

admin

Related Posts