Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Universitetlərdə Gənclər Günü qeyd edilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində 2 Fevral-Gənclər Günü münasibətilə tədbirlər keçirilib. İştirakçılar əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Nəticədə bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişir və bu siyasi kurs bu gün ölkə prezidenti tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.

Qeyd edilib ki, 2023-cü il – “Heydər Əliyev ili” çərçivəsində ali təhsildə yüksək akademik göstəriciləri olan intellektual və istedadlı tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.

Çıxış edənlər cari tədris ilində gənclərin təşkilatçılığı ilə baş tutan tədbirlər, keçirilən intellektual yarışlar, olimpiadalar barədə məlumat verib, tələbələri Gənclər Günü münasibətilə təbrik edib, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda 2022-2023-cü tədris ilində tələbələrin qazandığı uğur və nailiyyətləri əks etdirən sərgiyə baxış olub, gənclərin tədris prosesində və asudə vaxtlarındakı fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib və fəal gənclər mükafatlandırılıb.

admin

Related Posts