
Muxtar respublikada sahibkarlıq mühitində canlanmalar davam edir. Naxçıvanda yeni “Uyğunluğun Qiymətləndirilməsi Mərkəzi” fəaliyyətə başlayıb.
Sahibkar Temuraz Əsgərovun təşəbbüsü ilə yaradılan mərkəz Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşir.
Yeni fəaliyyətə başlayan mərkəz ölkə ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların “Texniki təhlükəsizlik haqqında”, “Texniki tənzimləmə haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və digər sahələrdə Azərbaycan respublikasının qanunlarının tələblərinə və bu sahədə imzalanan fərman və sərəncamlara uyğun fəaliyyət göstərməsi üçün xidmətlər həyata keçirir.
“Uyğunluğun Qiymətləndirilməsi Mərkəzi” MMC “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya” haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq AZS İSO/İEC 17025-2020 standartı üzrə akkreditasiya attestatı alıb.
Qeyd edək ki, mərkəz artıq ilk sertifikatını təqdim edib. Naxçıvanda fəaliyyət göstərən “Enna” MMC mərkəzin sertifikatı ilə təmin edilib.