Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Jalə Həsənli:“Həyat hekayəm güllə səsi ilə başlayıb”

“Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb bu həyatdakı hekayəm. Ləyaqətli, şərəfli, mübariz insanların şəhid olduğu gecədə dünyaya göz açmışam”.

Bu sözləri sosial şəbəkə hesablarında tanınmış aparıcı Jalə Həsənli paylaşıb. O, növbəti ad günü olduğunu bildirərək fikirlərinə əlavə edib:

“Bəlkə də elə onun təsiridir ki, illərdir ətrafıma da şərəfli və əzmkar insanları toplamağa çalışıram. Alınıbmı? Məncə, alınıb! Bu yaşıma qədər yaxşı dostlar qazanmışam, gözəl xatirələr toplamışam və nəticəsindən dərs çıxaracağım hadisələr yaşamışam. Ətrafımızda bu qədər çirkinliyin yaşandığı bir vaxtda özümə ancaq bir şeyi arzu edirəm: Allah ürəyimdən mərhəməti, başımdan ağlımı, yanımdan güvəndiyim, sevdiyim insanları əskik etməsin!”.

admin

Related Posts