Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

DSX: 18 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevralın 2-də saat 11:45-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində bir bağlamada ümumi çəkisi 3 kiloqram 310 qram narkotik vasitə (3 kiloqram 210 qram marixuana və 100 qram tiryək), fevralın 3-də saat 03:50-də Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

admin

Related Posts