Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Böyük Britaniyadan olan səyahətçi: “Xudafərin körpüsü təsirli tarixə malik abidədir”

Böyük Britaniyadan olan səyahətçi: “Xudafərin körpüsü təsirli tarixə malik abidədir”

“Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində yerləşən Xudafərin körpüsü təsirli tarixə malik abidədir”.

Bunu jurnalistlərə britaniyalı səyyah Des Uayt (Des White) bildirib.

O, Albaniyada oxşar tarixi abidə ilə rastlaşdığını deyib.

“Qarabağa səfər çox xoşumuza gəldi. Xüsusilə də buranın dağları çox gözəldir”, – səyahətçi heyranlığını ifadə edib.

D.Uayt Qarabağda bərpa işlərinin necə aparıldığını görməkdən məmnun olduğunu vurğulayıb:

“Hər şeyin necə dəyişdiyini görmək üçün 1-2 ildən sonra bura qayıtmağı düşünürük”.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.

Editor

Related Posts