Müğənni Nadir Qafarzadə Türkiyədə zəlzələdən zərər görən insanlara yardım etmək istəyənlərə səslənib.
O, insanları diqqətli olmağa, aldanmamağa çağırıb:
“Bəzi fırıldaqçı blogerlər bundan da istifadə edib, pul qazanmaq üçün sizə müraciətlər edəcək. Kimsə maşınını dəyişəcək, kimsə özünə təzə bağ alacaq. Pandemiya vaxtı da belə olmuşdu, müharibə vaxtı da…”