
“Xəzər” televiziyası müğənni Xatun Əliyevaya efir qadağası qoyub.
Məsələ ilə bağlı X.Əliyeva bunları söyləyib:
“Uzun zamandır Xəzər kanalının efirinə çıxmıram. Sonuncu dəfə “Xəzər”də yayımlanan “Səhər Mərkəzi” verilişində aktrisa Dilarə Əliyeva ilə qonaq olmuşam. Özüm də heç bilmirəm ki, kanal məni niyə qara siyahıya atıb. Bir sənət dostum deyib ki, “Xəzər”in bir verilişinə dəvət alıb. O da deyib ki, ora Xatunla çıxmaq istəyirəm. Ona söyləyiblər ki, Xatun qadağadadır”.