Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aygün Kazımova Tünzalə Ağayeva ilə barışdı

Sənətçinin özəl gecəsində dəvətlilər sırasında bir zamanlar küsülü olan Xalq artisti Tünzalə Ağayeva da yer alıb.

Birinci 24 xəbər verir ki, T.Ağayeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində pop divanın bu jestini yüksək dəyərləndiyini bildirib:

“Hər şeyin zamanı var. Yaxşı ki, bu baş verdi. Düşünürəm ki, parlaq mədəniyyət simaları, ulduzlar qovuşmalı, barışmalıdırlar. Burada bir xeyir, ehtiyac var. Hamımızın dostluğa, sevgiyə ehtiyacı var. Niyə də olmasın? Bizə mane olan heç nə yoxdur. İnsanlar arasında, həyatda hər şey olur. İnsanlar hətta bir-birini yalnış belə başa düşə bilir. O da olur. Əsas odur ki, artıq olanlar dünəndə, geridə qaldı. Bu gün bir-birimizə daha yaxınıq”.

admin

Related Posts