Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babək Rayon Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Babək Rayon Cəhri qəsəbəsində mənzillərdən birindən oğurluq olması ilə bağlı polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən Cəhri qəsəbə sakini 1998-ci il təvəllüdlü Valeh Vəliyev şübhəli şəxs qismində saxlanılmış oğurladığı qızıl-ziynət əşyaları maddi sübut kimi götürülüb.

Valeh Vəliyevin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, əməliyat-istintaq tədbirləri davam etdirilir.

admin

Related Posts