Today Bazar ertəsi, 4th Avqust 2025
Birinci 24

Birinci 24

Masallıda 29 yaşlı qazi video çəkib intihar edib

Masallıda 29 yaşlı qazi video çəkib intihar edib

Masallı rayonunda intihar hadisəsi baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, rayonun Nəzəroba kəndinin 1996-cı il təvəllüdlü sakini Fətulayev Pərvin Fəxrəddin oğlu özünü yaşadığı evin həyətindəki tikilidə asıb.

Bildirilib ki, P.Fətullayev özünü asmazdan əvvəl video çəkib. O, həmin videoda ailədaxili problemlərinin olduğunu bildirib, həmçinin aldığı kəndiri göstərərək həyatına son qoyacağını deyib. Az sonra P.Fətullayev həyatına son qoyub.

Qeyd edək ki, intihar edən şəxs 2016-cı ildə Aprel döyüşlərində iştirak edərək xəsarət alıbmış.

Editor

Related Posts