Today Bazar ertəsi, 4th Avqust 2025
Birinci 24

Birinci 24

Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib – Dəfn yeri açıqlandı

Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib – Dəfn yeri açıqlandı

Azərbaycanın tanınmış yazıçısı, ictimai xadimi və Xalq yazıçısı Elçin Əfəndiyev bu gün, 82 yaşında vəfat edib.

Məlumata görə, yazıçının dəfn olunacağı yer artıq müəyyənləşib. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev açıqlama verib.

Çingiz Abdullayev bildirib ki, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq:

“Dəfn mərasimi ilə bağlı bütün məsələlər dövlət səviyyəsində təşkil olunur. Elçin müəllimin Birinci Fəxri Xiyabanda dəfn ediləcəyi artıq qərara alınıb. Dəqiq vaxt və mərasimlə bağlı digər təfərrüatlar isə rəsmi şəkildə yaxın zamanda ictimaiyyətə açıqlanacaq.”

Qeyd edək ki, Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu ilə seçilən, dərin psixoloji təsvirləri və fəlsəfi mülahizələri ilə yadda qalan yazıçılardan biri olub. O, həmçinin uzun illər dövlət vəzifələrində çalışıb, mədəniyyət və siyasət sahəsində mühüm töhfələr verib.

Allah rəhmət eləsin.

Editor

Related Posts