Today Bazar ertəsi, 4th Avqust 2025
Birinci 24

Birinci 24

Tərtərdə silahlı insident: Qazi avtomatla həmkəndlisinə atəş açdı

Tərtərdə silahlı insident: Qazi avtomatla həmkəndlisinə atəş açdı

Avqustun 3-də axşam saatlarında Tərtər rayonunda şəxsi münasibətlər zəminində baş verən silahlı insident polis tərəfindən operativ şəkildə nəzarət altına alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun kəndlərindən birində 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi iştirakçısı Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə şəxsi mübahisə zəminində baş verib.

Xoşbəxtlikdən atəş nəticəsində xəsarət alan olmayıb. Lakin hədəf alınan şəxsin “VAZ-21014” markalı avtomobili atəş nəticəsində zədələnib.

Hadisəyə dərhal müdaxilə edən Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları B.Quliyevi saxlayıb və ondan istifadə etdiyi “AK-74” markalı avtomat silahı maddi sübut kimi götürüblər.

Fakt üzrə cinayət işi başlanıb. Araşdırmalar zamanı məlum olub ki, B.Quliyev əvvəllər də dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunub. Hazırda o, məhkəmə qərarı ilə həbs edilib.

Hadisə ilə bağlı istintaq davam etdirilir. Rəsmi qurumlar əlavə məlumatları araşdırmalardan sonra ictimaiyyətə təqdim edəcəklər.

Editor

Related Posts