Today Bazar ertəsi, 4th Avqust 2025
Birinci 24

Birinci 24

İran və Pakistan Rusiya ilə Avropanı birləşdirən iqtisadi dəhlizi müzakirə edib

İran və Pakistan Rusiya ilə Avropanı birləşdirən iqtisadi dəhlizi müzakirə edib

Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) İran vasitəsilə Rusiya və Avropaya uzadılması və ortaq azad ticarət zonasının yaradılması Tehran və İslamabad arasında ticarət gündəliyinə daxil edilə bilər.

Birinci24 informasiya agentliyi “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar Ali Şurasının katibi Rza Məsrur bildirib.

Bu açıqlama Məsrurun Pakistanın Federal Ticarət Naziri Cam Kamal Xan ilə keçirdiyi görüş zamanı səsləndirilib. Görüş İran Prezidenti Məsud Pezeşkian və onu müşayiət edən nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində baş tutub.

Məsrur iki ölkə arasında tarixi və sivilizasiyaya dayanan dostluq münasibətlərinə əsaslanaraq, “yaxşı qonşuluq əlaqələrinin” ticarət, birgə istehsal və iqtisadi mübadilə sahələrində yeni imkanlar aça biləcəyini vurğulayıb. O, həmçinin İranın su qıtlığı şəraitində dənizdə düyü becərilməsi və onun Çabahar Azad Zonasında emalı layihəsini də gündəmə gətirib.

İran rəsmisi əlavə edib ki, çoxdəfəlik giriş vizalarının verilməsi, birgə azad ticarət zonalarının yaradılması və CPEC dəhlizinin İran üzərindən genişləndirilməsi kimi təşəbbüslər iki ölkə arasında iqtisadi əlaqələrin kəskin şəkildə inkişafına təkan verə bilər.

Nazir Kamal Xan isə bu təklifləri alqışlayaraq, onların 3 milyard dollarlıq mövcud iqtisadi dövriyyəni daha da artıracaq mühüm amillər olduğunu deyib.

Editor

Related Posts