Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xalq artisti Röya: “Ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm”

“Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Anama söylədim ki, ilk dəfə səndən məni 10 yaşım olanda Zeynəb Xanlarovanın Heydər Əliyev Sarayındakı konsertinə aparmağını istədim. Anam dedi ki, aparacağam səni. Anam mənə ən sonuncu sırada bilet aldı. Çünki onun pulu yalnız o biletə çatmışdı”.

Birinci 24 xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

Sənətçi uşaqlıq xatirələrini yada salaraq kövrəlib:

“Konsert günü Heydər Əliyev Sarayınnı pilləkənlərində səhnəyə doğru qaçaraq Zeynəb Xanlarovaya baxdım, sonra anama dedim ki, ana o da sənin kimi üzünə krem vurur. İndi isə anama deyirəm ki, 2005-ci ildən bu günə kimi ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm. Çünki mən o günü xatırlayıram.

Sənin imkanın olmadı, ən uzaqda olan bileti aldın. Mən oraya artıq özüm qaça-qaça gedirəm, o, yuxarı mərtəbələrə. Çünki orada uşaqlıq xatirələrim var. Ona görə də hər kəsə təşəkkür etmək istəyirəm. Siz harada olsanız, mən oradayam. Sizi və anamı, yaxşı insanları sevirəm”.

admin

Related Posts