Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xalq artisti aparıcıları qınadı: “Faciədən danışır, amma geyiminə baxırsan …”

Xalq artisti aparıcıları qınadı: “Faciədən danışır, amma geyiminə baxırsan …”

“Çıxıb efirdə o cür dəhşətli faciədən danışır. Amma danışığı ilə geyim tərzi, hərəkətləri, uyğun gəlmir… Ayıbdır!”

Bunu tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.

Aktyor bəzi aparıcıları qınaq atəşinə tutub:

“Aparıcı var qız qara pencək geyinib matəm əhval ruhiyyəsində veriliş aparır. Amma bəzi aparıcılar isə o cür dəhşətli faciədən danışır, amma danışığı ilə geyim tərzi, hərəkətləri uyğun gəlmir. Bu, tamaşaçıda qıcıq yaradır. Ad çəkib kiminsə çörəyinə bais olmaq istəmirəm, amma telekanal rəhbəri belə şeylərə nəzarət etməlidir!

Elə bu səhər də belə bir məqamla qarşılaşdım. Çox hörmət bəslədiyim bir TV aparıcısı dəvət olunan qonaqlardan müsahibə alırdı. Qonaqların da hamısı geyimləri və danışıqları ilə matəm əhval-ruhiyyəsində olan samballı insanlar idi. Di gəl ki, aparıcının geyimində verilişin efir mədəniyyətinə uyğun gəlməyən elementləri var idi ki, bu da, izləyicidə qıcıq yaradırdı. Qardaşımız qara köynəyin üstündən uzunqol bir jaketi kürəyinə salıb, qollarını da sinəsi üstündə çalın-çarpaz düyünləyib qonaqlara sual verirdi. Verilişin mövzusu da qardaş ölkədə baş vermiş faciəli təbiət hadisəsinin fəsadları və xilasedicilərin fədakarlığından idi. Aparıcının geyimi nə onun saqqalına, nə də verlişin estetikasina uyğun gəlirdi. Belə məqamlara fikir verilməlidir”.

Editor

Related Posts