Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

İrəvana gələn fransalı deputatdan təxribatçı addım – Foto

İrəvana gələn fransalı deputatdan təxribatçı addım – Foto

Ermənistana səfər edən Avropa Parlamentinin fransalı üzvü Fransua-Ksavye Bellami İrəvanda Qarabağ separatçıları ilə görüşüb.

Bu barədə separatçı Artak Beqlaryan məlumat verib.

Görüşdə Beqlaryan və digər separatçı Qeqam Stepanyanla yanaşı, Ermənistan xarici işlər nazirinin müavini Feliks Xaçaturyan da iştirak edib.

Fransalı deputat görüşdüyü şəxslərlə separatçıların qondarma bayrağının önündə foto çəkdirib.

Bellaimi Avropa Parlamentində dəfələrlə Azərbaycan ərazilərində separatizmə açıq dəstək dəstək verib, ölkəmizin əleyhinə təxribatçı çıxışlar edib.

Editor

Related Posts