Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verəcək – Armen Qriqoryan

Ermənistan sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verəcək – Armen Qriqoryan

Ermənistan hökuməti hazırda Azərbaycanla sülh sazişi layihəsinin yeni variantı üzərində işləyir və yaxın vaxtlarda onu Bakıya təhvil verəcək.

Birinci 24 TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə respublikanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistan tərəfi təklif etdiyi mətnə ​​(sülh sazişinin) cavabını alıb, bu, davam edən prosesdir, hazırda erməni tərəfi işləyir və biz mətni ən qısa zamanda Azərbaycan tərəfinə təhvil verəcəyik”, – o deyib.

Qriqorya əlavə edib ki, “Ermənistan üçün Xankəndi və Bakının Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərini müzakirə edəcəkləri beynəlxalq mexanizmin hazırlanması son dərəcə vacibdir”.

Eyni zamanda, o, cavab verib ki, mövcud sülh sazişi layihəsində Dağlıq Qarabağla bağlı bənd var, lakin nəzərə almaq lazımdır ki, bu mətn yekun deyil.

Editor

Related Posts