Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mirzoyan: “Azərbaycan tərəfindən yeni eskalasiya təhlükəsi yüksək olaraq qalır”

Mirzoyan: “Azərbaycan tərəfindən yeni eskalasiya təhlükəsi yüksək olaraq qalır”

“Azərbaycan tərəfindən yeni eskalasiya təhlükəsi yüksək olaraq qalır”.

Bu barədə xarici işlər naziri Ararat Mirzoyan fevralın 16-da çıxışında deyib.

O bildirib ki, Azərbaycan tərəfindən yeni eskalasiya təhlükəsi yüksək olmaqda davam edir.

“Biz çoxsaylı təhlükəsizlik təhdidləri ilə dolu bir bölgədə yaşayırıq. Azərbaycanın Laçın dəhlizini “blokada”ya alması nəticəsində Qarabağda yaranmış “humanitar böhran” iki aydan çoxdur ki, davam edir.

Azərbaycan erməni “hərbi əsirlər”i və mülki şəxsləri buraxmır. Bir çox itkin düşmüş şəxslərin taleyi qaranlıq olaraq qalır.

Ermənistan əraziləri “işğal” altında qalıb. Və Azərbaycan tərəfindən yeni eskalasiyanın təxribat təhlükəsi yüksək olmaqda davam edir”, – deyə Mirzoyan bildirib.

Editor

Related Posts