Zəngəzur dəhlizi ətrafında müzakirə Azərbaycan və Ermənistanın suveren işidir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, Azərbaycan və Ermənistanın suveren işidir. Biz Azərbaycan və Ermənistan arasında aparılan danışıqları dəstəkləyirik”, – Kremlin sözçüsü jurnalistlərə bildirib.
O, həmçinin Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğunu qeyd edib.
“Biz Bakı və İrəvanın müqaviləni mümkün qədər tez imzalamasını arzu edirik. Eyni zamanda, tələb olunarsa, bu prosesə hər cür yardım göstərməyə hazırıq”, – Kreml nümayəndəsi əlavə edib.