Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfa sakinindən qanunsuz ov silahı götürülüb

Culfa sakinindən qanunsuz ov silahı götürülüb

Birinci24 İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinə Kırna kənd sakini 1985-ci il təvəllüdlü Məmmədhəsən Əliyevdə qanunsuz saxladığı odlu silah olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin yaşadığı evin həyətyanı sahəsindəki samanlıqda 1 ədəd Türkiyə istehsalı, 12 kalibrli, atəşə yararlı qoşalülə ov silahı aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts