Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan şəhər İcra Hakimiyyətində tədbir

Naxçıvan şəhər İcra Hakimiyyətində tədbir

Birinci24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində ümumtəhsil məktəblərində “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin müzakirəsi keçirilib, yeni təkliflər dinlənilib.

Yığıncaqda Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, eləcə də Naxçıvan şəhər tam orta məktəblərin təşkilatçıları və sinif rəhbərləri iştirak edib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva bildirib ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edilib. “Heydər Əliyev ili” muxtar respublikanın təhsil ictimaiyyəti tərəfindən də geniş qeyd ediləcək. Çünki ulu öndərin çoxşaxəli fəaliyyətində təhsilin inkişafı hər zaman xüsusi yer tutub.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, məktəblərin kitabxanalarında “Heydər Əliyev ili” başlıqlı guşələr yaradılıb, “Heydər Əliyev irsi milli dəyərimizdir”, “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda dəyirmi masa, müxtəlif fənlərdən bilik yarışları, intellektual oyunlar, şeir, rəsm müsabiqələri, viktorinalar keçirilib.

Yığıncaqda həmçinin ümumtəhsil məktəblərin təmsilçilərinin təklifləri dinlənilib və müzakirələr aparılıb.

admin

Related Posts