Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yanvarda Naxçıvanda elektrik enerjisi istehsalı 1 %-dən çox azalıb

Yanvarda Naxçıvanda elektrik enerjisi istehsalı 1 %-dən çox azalıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 28,85 milyon kVt/s elektrik enerjisi istehsal edilib.

Birinci24 İnformasiya Agentliyi Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Energetika Xidməti məlumat yayıb.

Bildirilir ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 0,32 milyon kVt/s, yaxud 1,1 % azdır.

Qeyd edilən dövr ərzində Naxçıvanın İstilik Elektrik Stansiyalarında (İES) elektrik enerjisi istehsalı 1,29 milyon kVt/s və ya 5,54 % azalaraq 21,98 milyon kVt/s-a düşüb.

2023-cü ilin yanvarında muxtar respublikanın Su Elektrik Stansiyalarında (SES) elektrik enerjisi istehsalı 0,38 milıyon kVt/s, yaxud 13,29 % artaraq 3,24 milyon kVt/s-yə, Günəş Elektrik Stansiyalarında (GES) 0,59 milyon kVt/s və ya 19,41 % yüksələrək 3,63 milyon kVt/s-yə çatıb.

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub.

admin

Related Posts