Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsildə sosial-psixoloji xidmət mərkəzi” fəaliyyətə başlayıb

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsildə sosial-psixoloji xidmət mərkəzi” fəaliyyətə başlayıb

Naxçıvan Müəllimlər İnstitutunda yeni yaradılan “Təhsildə sosial-psixoloji xidmət mərkəzi”nin təqdimatı olub.

Birinci24 İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, ictimai əsaslarla yaradılan mərkəz institutda həm bakalavr, həm də magistratura səviyyələrində bu ixtisas üzrə təhsil alan tələbələrlə, muxtar respublikanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəb psixoloqlarına əsaslı metodiki dəstəyin göstərilməsinə xidmət edəcək. Mərkəzdə psixoloji xidmətin səmərəliliyinin artırılmasını, mümkün psixi pozuntuların profilaktikasını təmin etmək məqsədilə nəzəri və praktik təcrübələrə əsaslanan tədqiqatlar aparılacaq və koordinasiyası yerinə yetiriləcək.

İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev “Təhsildə sosial-psixoloji xidmət mərkəzi”nin işinin təşkili barədə məlumat verib. Bildirib ki, mərkəzdə ilkin mərhələdə dörd – “İnkişaf və yaş psixologiyası”, “Psixodiaqnostika və psixokorreksiya”, “Korreksiyaedici təlim” və “İnklüziv təhsil” istiqamətləri üzrə dəstəyin göstərilməsi nəzərdə tutulub.

Sonra qeyd olunan istiqamətlərə rəhbərlik edəcək mütəxəssislər görüləcək işlər barədə məlumat veriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və xidmət mərkəzi ilə tanışlıq olub.

admin

Related Posts