Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qisas-2” əməliyyatı keçirilə bilərmi? 

“Qisas-2” əməliyyatı keçirilə bilərmi? 

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin atəşkəsi pozması Ordumuzu adekvat və təsirli cavab addımları atmağa vadar edir”.

Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O xatırladıb ki, Münxendə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması bəyanatını səsləndirib.

“Son baş verənlər ondan xəbər verir ki, erməni tərəfi bu nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsindən narahatlıq keçirir və separatçı qurum atəşkəsi pozmaq kimi yanlışlıqlara yol verir. Bu cür addımların qarşısının alınması üçün “Qisas-2″ əməliyyatının keçirilməsi də istisna edilməməlidir. İstənilən halda Azərbaycan ən yaxın və mümkün müddətdə bütün Qarabağ ərazisində suverenliyini təmin etmək niyyətindədir. Fəallaşmaq istəyən qeyri-qanuni erməni silahlı dəstələri Vətən müharibəsi və ondan sonrakı dövrdə baş verən hadisələrin nəticələrindən dərs çıxarmalıdır”.

Xatırladaq ki, fevralın 21-də Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Kəlbəcər, Tovuz və Naxçıvandakı mövqeləri atəşə tutulub.

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin atəşkəsi pozması Ordumuzu adekvat və təsirli cavab addımları atmağa vadar edir”.

Bunu Unikal-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O xatırladıb ki, Münxendə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması bəyanatını səsləndirib.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

“Son baş verənlər ondan xəbər verir ki, erməni tərəfi bu nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsindən narahatlıq keçirir və separatçı qurum atəşkəsi pozmaq kimi yanlışlıqlara yol verir. Bu cür addımların qarşısının alınması üçün “Qisas-2″ əməliyyatının keçirilməsi də istisna edilməməlidir. İstənilən halda Azərbaycan ən yaxın və mümkün müddətdə bütün Qarabağ ərazisində suverenliyini təmin etmək niyyətindədir. Fəallaşmaq istəyən qeyri-qanuni erməni silahlı dəstələri Vətən müharibəsi və ondan sonrakı dövrdə baş verən hadisələrin nəticələrindən dərs çıxarmalıdır”.

Xatırladaq ki, fevralın 21-də Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Kəlbəcər, Tovuz və Naxçıvandakı mövqeləri atəşə tutulub.

Editor

Related Posts