Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Araz-Naxçıvan” çempionatda inamla irəliləyir

“Araz-Naxçıvan” çempionatda inamla irəliləyir

Futbol üzrə Azərbaycan I Divizionunun XVIII turu çərçivəsində “Araz-Naxçıvan” bu gün səfərdə “Şamaxı-2” ilə qarşılaşıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüşdə qarşılaşmanın favoriti sayılan “Araz-Naxçıvan” 15-ci dəqiqədə hesabı açıb. Xəyal Tomarov fərqlənib. İlk hissənin qalan vaxtı ərzində də təşəbbüsü əldən verməyən Naxçıvan təmsilçisi 44-cü dəqiqədə hesabı 2-0 edib. Komandanın, eləcə də çempionatın ən sərrast oyunçusu Orxan Əliyev adını tabloya yazdırıb. O, cari çempionatda qollarının sayını 16-ya çatdırıb.

Oyunun ikinci hissəsində qapılar önündə təhlükəli epizodlar olsa da, hesab dəyişməyib. Görüş bu hesabla başa çatıb: “Şamaxı-2” – “Araz-Naxçıvan” – 0:2

Qeyd edək ki, ötən 18 turdan sonra “Araz-Naxçıvan” 41 xalla çempionatın şəriksiz lideridir.

admin

Related Posts