Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şahbuzda “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib

Şahbuzda “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib

Şahbuz rayonunda “Heydər Əliyev ili” tədbirləri çərçivəsində “Ümummilli lider Heydər Əliyev mədəniyyətimizin hamisidir” mövzusunda tədbir keçirilib.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, rayon mədəniyyət sarayında keçirilən tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin həm birinci, həm də ikinci mərhələsində mədəniyyət sahəsinin inkişafı məqsədilə həyata keçirilən islahatları diqqətə çatdırıb, mədəniyyət işçilərinə, teatr və incəsənət xadimlərinə göstərilən hərtərəfli qayğıdan danışıblar. Qeyd edilib ki, XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlayıb və bu dövr ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, dahi şəxsiyyətin diqqət və qayğısı ilə muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuzda da yeni mədəniyyət ocaqları, kitabxanalar inşa olunub, onların maddi-texniki bazası xeyli gücləndirilib. Hazırda Şahbuzda xalq teatrı, xalq yaradıcılığı, folklor və musiqi kollektivlərinin fəaliyyəti üçün hərtərəfli şərait mövcuddur.

Tədbirin sonunda “Heydər Əliyev mədəniyyətimizin hamisidir” sənədli filminə baxış olub.

admin

Related Posts