Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Beynəlxalq məhkəmə ekofəalların gözünü qorxudacaq? – Aksiyaya davam, ya tamam…

Beynəlxalq məhkəmə ekofəalların gözünü qorxudacaq? – Aksiyaya davam, ya tamam…

“Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə bağlı qəbul etdiyi qərar, təbii ki, müzakirə olunan məsələlərdən biridir. Məhkəmədə ekofəallarımızın aksiyanı dayandırması ilə bağlı səslənən istəklər suallar yaradır ki, ekofəallar bunu akisyanı dayandıracaqlar, ya yox?”

Bu sözləri Milli Məclisin sabiq deputatı, hüquqşünas Çingiz Qənizadə deyib.

O, Haaqa məhkəməsində qəbul edilən qərarla bağlı fikirlərini bölüşüb:

“Bu qərarlar tövsiyə xarakterlidir. Elə Ermənistanın özü 2021-ci ilin dekabr ayında həmin məhkəmə tərəfindən qəbul olunmuş qərarı hələ də icra etməyib. Eləcə də Azərbaycan hökuməti ekofəallarla bağlı Ermənistan hakimiyyətinin iddialarını təkzib etməkdən ötrü həmin ekofəalların siyahısını, onların adlarını və foto-video sübutları məhkəməyə təqdim etmişdi. Çünki Ermənistan bu aksiyanın arxasında Azərbaycan siyasi hakimiyyətinin olduğu iddia edirdi. Bu, bir növ, uğurumuz hesab oluna bilər, Azərbaycan tərəfi yenə də aksiyanı məhz QHT-lərin təşkil edildiyini ortaya qoya bildi”.

Ç. Qənizadə əlavə edib: “Sual olunur ki, bundan sonra nə baş verəcək, eləcə də ekofəallarımız bundan sonra dayanacaqlar, yoxsa yox?

Ermənistan 2021-ci ilin oktyabrında məhkəmədə baxılan və həmin ilin dekabrında Ermənistana qarşı qəbul olunan vəsatətlərdən birini – azərbaycanlılara qarşı Ermənistanda etnik nifrəti təşviq edən şəxslərin saxlanılması və təşkilatların fəaliyyətinin dayandırılması ilə bağlı qəbul olunan vəsatətləri bu günə qədər təmin etməyib. Buna görə Ermənistana “gözün üstündə qaşın var” deyən də olmayıb.

Ekofəallarımızın aksiyası ilə bağlı məsələyə gəldikdə isə bunun Beynəlxalq Ədalət Məhkəməsinin tövsiyə xarakterli vəsatəti ilə deyil, əksinə, onların istək və arzusu ilə dayanıb dayanmayacağı müzakirə olunacaq. Nə qədər ki Qarabağda ermənilərin məskunlaşdığı ərazilərdəki yeraltı təbii sərvətlərimizin qanunsuz istismarı ilə bağlı yaranan şübhələri və faktları Azərbaycan tərəfinin rəsmi qurumları normal şəkildə monitorinq edə və oraya nəzarət edə bilməyəcək, belə olan halda aksiyalarımız sona qədər davam edəcək”.

Editor

Related Posts