Boşanmaq istəyən qadın belə qaçırıldı – DİN-dən açıqlama (YENİLƏNİB)

Boşanmaq istəyən qadın belə qaçırıldı – DİN-dən açıqlama (YENİLƏNİB)

Daxili İşlər Nazirliyi Bakıda qadının qaçırılmasına dair görüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov “Unikal”a açıqlamasında bildirib ki, görüntülər araşdırılıb:

“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”, – deyə DİN rəsmisi qeyd edib.

Murad İbrahimli

***

Bakıda qız qaçırılıb.

Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. 

Görüntülərdə 3 nəfərin qızı zorla “Opel” markalı avtomobilə mindirdiyi görünür.

Editor

Related Posts