Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə seçkilər təxirə salınacaq? – Kalın açıqladı

Türkiyədə seçkilər təxirə salınacaq? – Kalın açıqladı

Türkiyədə prezident və parlament seçkilərinin 14 mayda, yoxsa 18 iyunda keçiriləcəyi dəqiq deyil.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

İ.Kalın bildirib ki, hazırda əsas məsələ zəlzələ qurbanlarının problemlərinin həll edilməsi, dağıntıların aradan qaldırılması, dağılmış şəhərlərin yenidən qurulmasıdır.

“Önümüzdəki günlərdə fors-major situasiya yaşanmasa, seçkinin vaxtında keçirilməsi planlaşdırılır. Hazırda əsas tarix kimi 14 may görünür”, – o bildirib.

Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələdən sonra müxalifət və xarici media seçkilərin təxirə salınacağı iddialarını səsləndirirlər.

Editor

Related Posts