Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babək və Ordubadın kəndlərində tibbi aksiyalar keçirilib

Babək və Ordubadın kəndlərində tibbi aksiyalar keçirilib

Babək rayonunun Vayxır və Ordubad rayonunun Gənzə kəndlərində humanitar tibbi aksiyalar təşkil olunub. Nəcib təşəbbüsdən 294 sakin yararlanıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, tibbi aksiya “Heydər Əliyev ili” tədbirləri çərçivəsində terapevt, nevropatoloq, kardioloq, pediatr, oftalmoloq, ginekoloq və digər ixtisaslı həkimlərin iştirakı ilə təşkil edilib.

Gün ərzində davam etdirilən humanitar aksiya çərçivəsində Vayxır kəndində 186, Gənzə kəndində isə 108 sakin tibbi proseduralardan yararlanıb, müvafiq müayinə və müalicələr aparılıb. Müayinədən keçən 12 azyaşlı uşaq dispanser qeydiyyatına alınıb.

admin

Related Posts