Türkiyəli aktrisa və müğənni Meral Konrat 30 ildən sonra Azərbaycan filmində çəkilib.
Birinci 24 xəbər verir ki, Ölkə.Az-ın məlumatına görə, aktrisa “Elçilik” adlanan ekran işində rol alacaq.
Komediya janrında olan filmin Baş prodüseri Toğrul Hüseynli quruluşçu rejissoru İlham Yaşaroğlu, ssenari müəllifi Əcəmi Əsədulladır.
Ekran işində tanınmış aparıcılar Elgiz Əkbər, Pərvanə Tahirqızı, müğənni Xatun, Barış Kömürçu oğlu, aktyorlar Firuzə Balayeva, Niftulla Əsgərov və Teymur Məmmədov kimi tanınmış simalar rol alıb.
Film mart ayında tamaşaçı qarşısına çıxacaq.
Qeyd edək ki, M.Konrat 1993-cü ildə Azərbaycanda çəkilən “Təhminə və Zaur” filmində Təhminə obrazını canlandırıb.