Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvandakı səhiyyə müəssisələrinə işə qəbul üçün müsabiqə elan edilib

Naxçıvandakı səhiyyə müəssisələrinə işə qəbul üçün müsabiqə elan edilib

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə işə qəbul üçün müsabiqə elan edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər martın 1-dən aprelin 1-dək İmtahan Mərkəzinin internet portalında “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

admin

Related Posts