Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika elmi konfransı keçiriləcək

“Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika elmi konfransı keçiriləcək

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bölmənin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda Bölmə sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik qeyd edib ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq AMEA-nın Naxçıvan Bölməsində “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika elmi konfransının keçirilməsi, “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin ulu öndər Heydər Əliyevə həsr olunması, “Heydər Əliyev. Taleyi və siyasi fəaliyyəti” kitabının nəşri nəzərdə tutulub. Bölmədə təşkil olunacaq respublika elmi konfransından əlavə bölmənin elmi-tədqiqat institutları da ayrı-ayrılıqda elmi konfranslar keçirməlidirlər.

Naxçıvan Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyov iclasda “Türkiyə Respublikasında baş vermiş zəlzələlər və regionun seysmik rejimi” mövzusunda elmi məruzə edib. Tədqiqatçı slayd vasitəsilə müxtəlif illərdə tərtib olunan seysmoloji xəritələri nümayiş etdirərək ölkəmizin əsas seysmik zonaları barədə də iclas iştirakçılarını məlumatlandırıb, maraqlı təhlillər aparıb.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağına, həmçinin AMEA-nın Naxçıvan Bölməsində 2023-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfranslara hazırlığın vəziyyəti müzakirə olunub, diqqət yetirilməli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi seçilərək təsdiq edilib, gündəlikdəki digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

admin

Related Posts