Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babəkdə “Heydər Əliyev – 100” adlı rəsm sərgisi təşkil olunub

Babəkdə “Heydər Əliyev – 100” adlı rəsm sərgisi təşkil olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunda “Heydər Əliyev ili” tədbirləri çərçivəsində rəsm sərgisi təşkil olunub.

Rayon Mədəniyyət Sarayında təşkil olunan sərgidə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Əməkdar rəssam Həbibə Allahverdiyeva və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, xalqı naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan, həmçinin istedadlı şəxslərə göstərdiyi xüsusi qayğısından danışıblar.

Sonra rəsm sərgisinə baxış olub. Sərgidə istedadlı qadınların, sağlamlıq imkanları məhdud şəxslərin və məktəblilərin maraqlı rəsm əsərləri nümayiş olunub. 100-dən artıq rəsm əsərinin nümayiş etdirildiyi sərgidə rəngkarlıq-qrafika üslubunda çəkilmiş əsərlər üstünlük təşkil edib.

admin

Related Posts